ƏSAS FƏALİYYƏT İSTİQAMƏTLƏRİMİZ

TİKİNTİ OBYEKTLƏRİNİN LAYİHƏLƏNDİRİLMƏSİ

TİKİNTİ OBYEKTLƏRİNİN LAYİHƏLƏNDİRİLMƏSİ

İstənilən obyektin tikintisinin əsas mərhələlərindən biri olan layhiləndirmə, ən effektiv və optimal həllər əldə etməyə imkan verən ardıcıl işlərin məcmusudur. Layihənin yaradılmasının vacibliyi obyektin tikintisinin bütün mərhələlərində ciddi qərarlar qəbul etmək zərurəti ilə izah olunur. Biz istənilən tikinti obyektlərinin mövcud qanunvericiliyin norma və standartlarına uyğun olaraq layihə-smeta sənədlərinin hazırlanması və əlaqəli dövlət qurumları ilə razılaşdırılması xidmətlərini təklif edirik

BİM - BİNALARIN İNFORMASİYA MODELİ

BİM - BİNALARIN İNFORMASİYA MODELİ

BIM (Building Information Model) texnologiyasının köməyi ilə biz tikinti obyektinin tam məlumat bazasını və rəqəmsal prototipini yaradırıq. Tətbiq etdiyimiz layihələndirmə texnologiyası sifarişçiyə obyekti hər tərəfdən görməyə imkan verir. Biz, tikinti obyektlərinin bütün həyat dövrü ərzində məlumat bazasını formalaşdırır və idarə edirik. Belə bir layihəyə malik olmaqla, sifarişçi təkcə tikinti müddəti üçün deyil, həm də istismar üçün obyekt haqqında bütün məlumatları əldə edir

BƏRPA İŞLƏRİ

BƏRPA İŞLƏRİ

Biz mədəni irs obyektlərinin, eləcə də digər mövcud tikililərin bərpası və konservasiyası layihələrinin hazırlanması zamanı lazer aparatı ilə ölçmə, 3D fiksasiya, 3D modellərin işlənməsi metodlarından istifadə etməklə mövcud qanunvericiliyə uyğun olaraq layihə-smeta sənədlərinin haızrlanmasını həyata keçiririk. Məhz mövcud tikilinin xüsusiyyətləri və onun vəziyyəti, hazırlanan layihənin əsas məzmununu əvvəlcədən müəyyən edir.

MÜƏLLİF NƏZARƏTİ

MÜƏLLİF NƏZARƏTİ

Müəllif nəzarəti – istismara verilən müəssisə, bina və tikililərin texnoloji, arxitektura-tikinti və digər texniki həllər və texniki-iqtisadi göstəricilərinin sifarişçi tərəfindən təsdiq edilmiş layihə sənədlərində nəzərdə tutulmuş həll və göstəricilərə uyğunluğunu təmin etmək üçün həyata keçirilən tikintiyə nəzarət növüdür. Bizim mütəxəssislər mühəndis nəzarətini AzDTN 1.5.3 dövlət standartı «Müəssisə, bina və qurğuların tikintisinə layihə təşkilatları tərəfindən müəllif nəzarətinin aparılması qaydaları»na uyğun olaraq həyata keçirir.

LAYİHƏLƏRİN ADAPTASİYASI

LAYİHƏLƏRİN ADAPTASİYASI

BİMD şirkətinin göstərdiyi xidmətlərdən biri də beynəlxalq layihələrin Azərbaycan Respublikasının qanun, norma və standartlarına uyğunlaşdırılmasıdır. Bu sahə hazırda ölkəmizin tikinti sektorunda aktual olan məsələlərdəndir. Xarici şirkətlər maraqlı və orijinal layihələr təqdim etdikdə, onları olduğu kimi həyata keçirmək mümkün olmur. Bizim bu sahədə təcrübəmiz, eləcə də geniş tərəfdaşlar şəbəkəmiz, belə layihələrin yerli qanunvericilik və standartlaşma bazasına yüksək səviyyədə adaptasiyasını həyata keçirməyə imkan verir.

A-Z-GIS Geoinformasiya Sistemi

A-Z-GIS Geoinformasiya Sistemi

BİMD şirkətinin tərəfdaşları ilə birlikdə hazırladığı A-Z-GIS adlanan Geoinformasiya Sistemi, elektron xəritələrin yaradılması və redaktəsi, müxtəlif ölçmə və hesablamaların aparılması, overlayn əməliyyatları, 3Dmodellərin yaradılması, rastr məlumatlarının işlənməsi, qrafik sənədlərin elektron və çap olunmuş formada hazırlanması, habelə məlumat bazaları ilə işləmə vasitələrinə malikdir.

BIMD HAQQINDA

BIM LAYİHƏLƏR - 3D MODEL - 4D və 5D TƏTBİQİ

BIMD Qapalı Səhmdar Cəmiyyəti müasir qabaqcıl texnologiyalar tətbiq etməklə tikinti obyektlərinin layihə-smeta sənədlərinin işlənib hazırlanması, layihələndirmə, bərpa, müəllif nəzarəti, beynəlxalq layihələrin adaptasiyası, lazer ölçmə və 3D modelləşdirmə fəaliyyətləri üzrə xidmətlər təqdim edir. BIMD şirkəti fəaliyyətə başladığı ilk gündən layihələndirmə sahəsində BIM texnologiyasını tətbiq etməyi qarşısına məqsəd qoymuş və həyata keçirdiyi ilk layihədə bu texnologiyadan istifadə etmişdir. Biz, tikinti obyektlərinin bütün həyat dövrü ərzində məlumat bazasını formalaşdırır və idarə edirik. Fəaliyyəti dövründə BIMD şirkəti Azərbaycanda tikinti sektorunda Bina İnformasiya Modelləşdirmə və lazer texnologiyalarını tətbiq edən ilk şirkətlərdən biri olaraq bir sıra uğurlu layihələrə imza atmış, tərəfdaşlarının və sifarişçilərin rəğbətini qazana bilmişdir.

Şirkətimiz yerli və xarici özəl tərəfdaşlarla əməkdaşlıq etməklə yanaşı, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Təhsil Nazirliyi, Mədəniyyət Nazirliyi, Dövlət Turizm Agentliyi kimi dövlət təşkilatlarının elan etdikləri müsabiqələrdə də fəal iştirak edərək bir neçə tenderin qalibi olmuş, ölkəmizin müxtəlif regionlarında iri tikinti obyektlərinin layihələndirilməsi və tikintiyə müəllif nəzarəti xidmətlərini həyata keçirmişdir. Hazırda BIMD şirkəti işğaldan azad olunmuş ərazilərin bərpası ilə bağlı müsabiqə və layihələrdə fəal iştirak edir və mədəni irsimizin incisi olan Şuşa Qalasının bərpası layihəsinin ilk mərhələsini uğurla icra etmişdir. Biz bununla qürur duyuruq və inanırıq ki, intibah quruculuqdadır.

ƏLAVƏ MƏLUMATLAR::
ARCHICAD 25

Archicad 25 proqramı üçün lisenziya alınması haqqında məlumatı və lisenziyanı bizdən əldə edə bilərsiniz

3D MODEL

Tətbiq etdiyimiz 3D layihələndirmə texnologiyası sifarişçiyə obyekti hər tərəfdən görməyə imkan verir

LAZER TEXNOLOGİYASI

Lazer texnologiyalarından istifadə etməklə 3D fiksasiya, ölçmə, modelləşdirmə və layihələndirmə xidmətləri

LİSENZİYALAR

Fəaliyyətimiz üzrə dövlət lisenziyasına və proqram təminatları ilə bağlı lisenziyalara sahibik

BIM TEXNOLOGİYALARININ TƏTBİQİ

BİMD şirkəti BİM texnologiyalarını Azərbaycanda tətbiq edən ilk şirkətlərdəndir. BIM (Building Information Modeling / Binaların informasiya modelləşdirilməsi) –binanın layihələndirilməsi, tikintisi, istismarı və təmirinə unikal yanaşmadır. İnformasiya modelləşdirməsi, konseptual modeldən söküntü işləri və inşaat tullantılarının həcminin qiymətləndirilməsinədək obyektin bütün həyat dövrünü əhatə edir.

Müştərinin tələbi ilə layihənin detallıq səviyyəsi (LOD) dəyişdirilə bilər. Eyni zamanda modelə 4D (görüləcək işlərin ardıcıllığı və iş qrafiki) və 5D (xərclərin təsnifatı) funksiyaları əlavə edilə bilər. Aşağıda BİMD şirkətinin 2019-cu ildə icra etdiyi 432 şagird yerlik tam orta məktəbin BİM layihəsinin qısa video təqdimatı ilə tanış omaq olar

Xidmətlər

Biz əsas xidmətlərlə yanaşı ixtisaslaşmış xüsusi xidmətlər də təklif edirik

TİKİNTİYƏ NƏZARƏT

Biz sifarişçinin tapşırığı ilə tikintiyə müxtəlif texniki nəzarəti işlərini həyata keçiririk

3D CAD MODELİ

3D CAD modelindən istifadə edərək, obyektlərin funksional virtual prototiplərini yaradırıq

BİM 4D MODELİ

Biz BİM 4D modeli quraraq tikinti proseslərinin ardıcıllığını və işlərin qrafikini avtomatlaşdırırıq

BİM 5 D MODELİ

BİM 5D modelinin köməyi ilə xərclərin strukturunda baş verən dəyişiklikləri izləmək mümkündür

Layihələr

Bəzi layihələrimiz haqqında qısa məlumatları diqqətinizə təqdim edirik