432 YERLİK MƏKTƏB
432 Şagird yerlik məktəbin BİM modeli
Öz fəaliyyət dövrü ərzində BİMD şirkəti müxtəlif layihələri uğurla icra etmişdir. BİM texnologiyasının tətbiqi ilə yerinə yetirdiyimiz ilk layihə ölkəmizin regionlarından birində yerləşən 432 yerlik kənd orta məktəbinin layihəsi olmuşdur. Xarici məsləhətçilərin köməyi ilə bizim əməkdaşlarımız layihənin bütün bölümlərini bir modeldə cəmləşdirmiş və gələcək binanın informasiya modelini yaratmağa müvəffəq olmuşlar.
Məlum olduğu kimi hər bir tikinti obyektinin BİM modeli detallıq dərəcəsinə görə fərqlənir. Haqqında danışdığımız bu layihə LOD 350 səviyyəsində modelləşdirilmişdir. BİM modeli layihənin memarlıq, konstruksiya və əsas mühəndislik sahələrini əhatə edir. Layihənin BİM modelinin olması, sifarişçiyə tikinti obyektini əvvəlcədən vizual olaraq görməyə, tikintiyə nəzarəti həyata keçirməyə, eləcə də istismar müddətində obyektin məlumat bazasına əlçatanlığını təmin etməyə imkan veir.
