AĞDAM XƏSTƏXANASI
AĞDAM RAYON MƏRKƏZİ XƏSTƏXANASININ KONSEPSİYA LAYİHƏSİ
Ağdam rayon mərkəzi xəstəxanasının konsepsiyası üzrə layihə təklifi, Azərbaycan Respublikasının Konstitusiyası, Səhiyyə Nazirliyi tərəfindən təqdim edilmiş ilkin məlumatlar, Azərbaycan Respublikasının xəstəxanaların tikintisi üzrə normativ sənədlər, Azərbaycan Respublikasının əlaqədar qanun, standart və normativ sənədləri və bu sahədə mövcud olan qabaqcıl praktika nəzərə alınmaqla BİMD Qapalı Səhmdar Cəmiyyəti tərəfindən 2021-ci ildə hazırlanmışdır.
Ağdam rayon mərkəzi xəstəxanasının konsepsiya layihəsi, tibbi xidmətlərin göstərilməsində müasir yanaşma, ən yeni tibbi avadanlıqların və mühəndis sistemlərinin istifadəsi, tibb təşkilatlarının binalarının layihələndirilməsi və inşası ilə bağlı tələblər qəbul edilmiş aşağıdakı prinsiplər və yanaşmalar əsasında hazırlanmışdır:
• xəstələrin rahatlığı və təhlükəsizliyi;
• diaqnostika və müalicənin innovativ üsullarının həyata keçirilməsi imkanı;
• personalın işinin rahatlığı və effektivliyi.
• qabaqcıl texnologiyaların tətbiq olunması
