AĞILLI KƏND
AĞILLI KƏND KONSEPSİYA LAYİHƏSİ
“Ağıllı Kənd” konseptual tikinti-planlaşdırma layihəsi təklifi, bu sahədə mövcud olan qabaqcıl praktika nəzərə alınmaqla BİMD Qapalı Səhmdar Cəmiyyəti tərəfindən hazırlanmışdır. Layihənin uğurla icra edilməsi üçün Füzuli rayonunun Pirəhmədli kəndi hədəf kimi müəyyən edilmiş, layihənin həyata keçiriləcəyi ərazilər haqqında mövcud olan məlumatlar toplanmış və təhlil edilmiş, mövcud qabaqcıl təcrübə öyrənilmiş və əldə olunan nəticələr əsasında layihənin konseptual tikinti-planlaşdırma təklifi hazırlanmışdır.
Füzuli rayonunun Pirəhmədli kəndinin bərpası və yenidənqurulmasının konseptual tikinti-planlaşdırma layihəsi təklifi, məkan və zaman inkişafının planlaşdırılmasının qəbul edilmiş ən müasir prinsipləri və yanaşmaları əsasında müəyyənləşdirilmişdir.
