BASQAL QORUĞU
2022-ci ilin əvvəlində BİMD şirkəti İsmayıllı rayonu, "Basqal" Dövlət-Tarix və Mədəniyyət qoruğunun yenidənqurma, bərpa və tikinti işləri üzrə layihə-smeta sənədlərinin hazırlanması layihəsini başlamışdır. Layihə çərçivəsində Azərbaycanın Mədəni İrs Abidələri siyahısına daxil olan məscid və arxeoloji muzeyin bərpası və yenidənqurulması nəzərdə tutulur.
