CƏBRAYIL XƏSTƏXANASI
CƏBRAYIL RAYON MƏRKƏZİ XƏSTƏXANASININ KONSEPSİYASI
Cəbrayıl rayon mərkəzi xəstəxanasının konsepsiyası BİMD QSC komandası tərəfindən 2021-ci ildə hazırlanmışdır. Cəbrayıl rayon mərkəzi xəstəxanasının ərazisinin planlaşdırma konsepsiyasının əsasını funksional zonalaşdırma, binaların ərazidə bu zonalaşdırmaya uyğun yerləşdirilməsi, kompleksin bütün bölmələrinin rahat qarşılıqlı əlaqəsini təmin edən piyada və nəqliyyat kommunikasiyalarının qurulması təşkil edir.
Cəbrayıl rayon mərkəzi xəstəxanasının layihə konsepsiyasının hazırlanması zamanı aşağıdakı əsas hədəflərə xüsusi diqqət verilmişdir:
· Müasir, qabaqcıl təbabəti ifadə edən tərzdə daimilik və ənənəvilik təəssüratı formalaşdırmağa çalışmaq.
· Yerli ənənələri və mədəni mühiti təmin edən məkan təəssüratı yaratmaq.
· Material, rəng və memarlıq səviyyələrinə xüsusi diqqət verməklə vahid şəhərcik tərzi və ya mövzusunu inkişaf etdirmək.
· İntellektual və sosial səviyyələrdə qarşılıqlı fəaliyyət üçün imkanları təmin etməklə, müxtəlif ixtisaslaşma sahələri arasında əməkdaşlıq imkanı yaratmaq.
· Pasiyentlərə qulluq sahəsində dünya standartları səviyyəsində əlçatan xidmətlərin göstərilməsi istiqamətində xəstəxananın səylərini artırmaq imkanı.
Enerjiyə qənaət imkanlarının maksimum dərəcədə nəzərə alınması.
