KLİNİK XƏSTƏXANA
Bakı şəhəri Xətai rayonunda yerləşəcək klinik xəstəxanasının konsepsiyası üzrə layihə təklifi, Azərbaycan Respublikasının Konstitusiyası, Səhiyyə Nazirliyi tərəfindən təqdim edilmiş ilkin məlumatlar, Azərbaycan Respublikasının xəstəxanaların tikintisi üzrə normativ sənədlər, Azərbaycan Respublikasının əlaqədar qanun, standart və normativ sənədləri və bu sahədə mövcud olan qabaqcıl praktika nəzərə alınmaqla BİMD Qapalı Səhmdar Cəmiyyəti tərəfindən 2021-ci ildə hazırlanmışdır.
Xəstəxana konsepsiyası müasir üslubda, və tibb sahəsində yeni texnologiyaların tətbiqini nəzərdə tutan, tibbi xidmətlərin göstərilməsində müasir yanaşma, ən yeni tibbi avadanlıqların və mühəndis sistemlərinin istifadəsini nəzərdə tutan prinsiplər əsasında hazırlanmışdır.
