M.FÜZULİ ADINA MƏKTƏB
BİMD şirkətinin BİM texnologiyasının tətbiqi ilə yerinə yetirdiyi növbəti layihələrdən biri Şəmkir şəhərində yerləşən M.Füzuli adına təbiət və humanitar təmayüllü tam orta məktəb layihəsidir. Bu layihəçərçivəsində əməkdaşlarımız layihənin bütün bölümlərini bir modeldə cəmləşdirmiş və gələcək binanın informasiya modelini yaratmağa müvəffəq olmuşlar.
Məlum olduğu kimi hər bir tikinti obyektinin BİM modeli detallıq dərəcəsinə görə fərqlənir. Haqqında danışdığımız bu layihə LOD 350 səviyyəsində modelləşdirilmişdir. BİM modeli layihənin memarlıq və konstruksiya kimi əsas sahələrini əhatə edir.