ŞUŞA XƏSTƏXANASI
ŞUŞA RAYON MƏRKƏZİ XƏSTƏXANASININ KONSEPSİYASI
Şuşa rayon mərkəzi xəstəxanasının konsepsiyası layihəsində yeni memarlıq formaları, mühəndis və tibbi texnologiyaların tətbiqi, dizayna yeni bir yanaşma tələb edən müasir səhiyyənin xarakterik xüsusiyyətləri nəzərə alınaraq BİMD QSC tərfindən hazırlanmışdır. Layihənin əsas konsepsiyası “Sağlamlıq və Şəfa üçün layihələndir” modelini əsas tutur.
Şuşa rayon mərkəzi xəstəxanasının konsepsiya layihəsini hazırlayan layihə komandası, şəhərsalma standartlarının nəzərə alınması və memarlıq həllərinin dəqiqliyini təmin etmək üçün ilk növbədə Şuşa şəhərinin iqlim analizini həyata keçirmiş və xəstəxana üçün ayrılmış ərazinin meteoroloji və geofiziki məlumatlarını təhlil etmişdir.
