BİM
BIM - (Building Information Model – Binanın İnformasiya Modeli) binanın həndəsəsi təsvirindən daha artıq əhatəyə malik olmaqla, tikinti obyektinin fiziki və funksional xüsusiyyətlərinin rəqəmsal təsviridir. BIM texnologiyası, obyekt, onun ayrı-ayrı elementləri, məkan, dizayn və digər məlumatlar, o cümlədən ətraf mühitə təsiri və ya ətraf mühitin ona təsiri kimi bir çox amilləri və məlumatları nəzərə almağa imkan verir. Bütün bu məlumatlar, texniki-iqtisadi göstəricilər və obyektin digər xüsusiyyətləri ilə birlikdə elə bir məlumat modelini təşkil edir ki, bir parametrdə dəyişiklik bütün digərlərinin avtomatik olaraq yenidən hesablanmasına səbəb olur.
BIM, ilk konsepsiyadan tutmuş söküntü işlərinə qədər mövcud olduğu müəyyən edilən, onun həyat dövrü boyunca qərar qəbul etmək üçün əsas rol oynayan, əmlak haqqında məlumat əldə etmək üçün ümumi informasiya resursudur. Qarşılıqlı əlaqənin əsasını tikinti obyektinin məlumat modeli (BIM-modeli) təşkil edir, onun köməyi ilə obyektin həyat dövrünün bütün mərhələlərində iştirak edən tərəflərin kompleks qarşılıqlı əlaqəsi baş verir. BIM, virtual məlumat modelini tərtibatçılar komandasından (memarlar, landşaft memarları, mühəndislər, inşaatçılar və s.) baş podratçılara və subpodratçılara, sonra isə obyektin sahiblərinə və ya menecerlərinə ötürməyə imkan verir.