LAHİYƏLƏNDİRMƏ
Layihə-smeta sənədlərinin hazırlanması
Layihə-smeta sənədləri, hər bir nəzərdə tutulan tikintinin baza əsaslarını təşkil edən və əsaslı tikinti obyektlərinin tikinti və yenidən qurulımasını (rekonstruksiyasını) təmin etmək üçün memarlıq, funksional-texnoloji, konstruktiv və mühəndis-texniki həlləri müəyyənləşdirən mətn və qrafik materiallardan ibarət xüsusi bölmələr toplusudur.
Layihələndirmə hər hansı bir obyektin tikintisinin əsas mərhələlərindən biridir. Obyektin layihəsinin yaradılması sxemi ən effektiv və optimal həllər əldə etməyə imkan verən ardıcıl işlərin məcmusudur. Layihənin yaradılmasının vacibliyi obyektin tikintisinin bütün mərhələlərində ciddi qərarlar qəbul etmək zərurəti ilə izah olunur. Mərhələlərin dəqiq sayı tikinti işlərinin xüsusiyyətlərindən asılıdır.
Memarlar, inşaatçılar və podratçılar üçün tikinti işlərinin əsaslarını anlamaq, gələcəkdə istismar ediləcək obyektlərin layihələndirilməsi ilə bağlı məsələlərdə kifayət qədər təcrübə və bacarıqlara sahib olmaq vacibdir. Tikinti işində obyektin təyinatı böyük əhəmiyyət kəsb edir. Bu, sənaye müəssisəsi, anbar, yaşayış kompleksi, fərdi ev ola bilər.