Dədəli kəndi

Dədəli kəndi

Dədəli kəndi Füzuli rayonunun inzibati ərazisinə aid yaşayış məntəqələrindən biridir. Kənd üzrə hazırladığımız şəhərsalma əsaslandırılması layihəsi müasir, funksional və dayanıqlı yaşayış mühitinin formalaşdırılmasına yönəlib.

248 hektar sahəni əhatə edən layihəyə əsasən kənddə 1129 fərdi yaşayış evi və 11 ictimai xidmət obyekti nəzərdə tutulmuşdur. Ərazinin planlaşdırılması zamanı küçə və yol şəbəkəsinin təşkili, mühəndis-kommunikasiya infrastrukturunun qurulması, abadlıq işlərinin aparılması, yaşıllıq zonalarının yaradılması və təhlükəsiz yaşayış şəraitinin təmin olunması əsas prioritetlər kimi müəyyən edilmişdir.

Layihədə təhsil, səhiyyə, mədəniyyət, idman, ticarət və sosial xidmət sahələrinin əlçatan yerləşdirilməsi nəzərdə tutulmuşdur. Hazırlanmış layihə Dədəli kəndinin uzunmüddətli inkişafını, yüksək yaşayış keyfiyyətini və regionun sosial-iqtisadi potensialının gücləndirilməsini hədəfləyir.

Dədəli kəndi