Mini Futbol və İdman Meydançası
Şuşa şəhərində müasir idman və aktiv həyat məkanının yaradılması
Layihə çərçivəsində Şuşa şəhərində uşaqların, gənclərin və şəhər sakinlərinin sağlam və aktiv həyat tərzinin təşviqi məqsədilə mini futbol və idman meydançasının yaradılması nəzərdə tutulur.
Müasir standartlara uyğun layihələndirilən meydança müxtəlif idman fəaliyyətləri, məşqlər və açıq hava tədbirlərinin keçirilməsi üçün funksional və təhlükəsiz məkan kimi formalaşdırılacaqdır.
Yeni idman meydançası Şuşa şəhərinin sosial və ictimai həyatına dinamika qazandıraraq, sakinlərin asudə vaxtının səmərəli təşkili və şəhərin müasir infrastrukturunun inkişafına xidmət edəcəkdir.