Müasir tibbi mühitin yaradılmasına yönəlmiş yenilənmə layihəsi
Azərbaycan Elmi-Tədqiqat Kardiologiya İnstitutu 1979-cu ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə ürək-damar xəstəliklərinin öyrənilməsi, elmi tədqiqatların inkişaf etdirilməsi və xəstələrin həyat keyfiyyətinin yüksəldilməsi məqsədilə yaradılmışdır. İnstituta görkəmli alim və həkim akademik Cahangir Abdullayevin adı verilmişdir.
Yarandığı gündən etibarən institut Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərərək elmi-tədqiqat işləri və ixtisaslaşmış tibbi xidmət sahəsində ölkənin aparıcı tibb müəssisələrindən birinə çevrilmişdir.
2025-ci ilin əvvəlində BİMD şirkəti tərəfindən Akademik C.M. Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun əsaslı təmiri üzrə layihə-smeta sənədlərinin hazırlanmasına başlanılmışdır. Layihə çərçivəsində binanın fasad həllərinin yenilənməsi, müasir memarlıq görünüşünün formalaşdırılması və interyer məkanlarının müasir tibbi standartlara uyğun şəkildə yenidən təşkili nəzərdə tutulur.
Yenilənmə konsepsiyası institutun funksionallığının artırılmasına, pasiyentlər üçün daha rahat və təhlükəsiz mühitin yaradılmasına, eyni zamanda müasir tibbi infrastrukturun formalaşdırılmasına xidmət edəcəkdir.