QONAQ EVI (KEÇMİŞ MƏKTƏB)
Keçmiş məktəb binasının turizm və qonaqlama məkanına çevrilməsi
Basqal qəsəbəsində bir zamanlar məktəb kimi fəaliyyət göstərən bu bina, zaman keçdikcə öz funksionallığını itirmiş və baxımsız vəziyyətə düşmüşdür. Tarixi mühitin bir hissəsi olan tikilinin yenidən istifadəyə qaytarılması məqsədilə ona yeni qonaqlama funksiyası verilməsi nəzərdə tutulur.
Yeni layihə çərçivəsində binanın turistlərin rahat şəkildə gecələyə və vaxt keçirə biləcəyi müasir qonaq evinə çevrilməsi planlaşdırılır. Layihəyə əsasən burada yataq otaqları, camaşırxana, kafe və istirahət məkanları yaradılacaqdır.
Eyni zamanda yerli sakinlərin öz əl işlərini və sənət nümunələrini təqdim edə bilmələri üçün emalatxana və sərgi sahələrinin təşkili nəzərdə tutulur. Bu yanaşma həm Basqalın turizm potensialının artırılmasına, həm də yerli sənətkarlıq ənənələrinin qorunaraq inkişaf etdirilməsinə xidmət edəcəkdir.
Qonaq Evi gələcəkdə Basqala gələn turistlər üçün rahat və cəlbedici məkan olmaqla yanaşı, qəsəbənin sosial və mədəni həyatına yeni nəfəs qazandıracaqdır.