Qurban Abbasov küçəsi 48
Tarixi abidə binasının bərpa və konstruktiv gücləndirmə layihəsi
2025-ci ilin əvvəlində BİMD şirkəti tərəfindən Bakı şəhəri, Səbail rayonu, Qurban Abbasov küçəsi 48 ünvanında yerləşən abidə binasının yaşayış funksiyasına uyğun şəkildə bərpa və konstruktiv gücləndirmə layihə-smeta sənədlərinin hazırlanmasına başlanılmışdır.
Layihə çərçivəsində binanın tarixi-memarlıq xüsusiyyətlərinin qorunması, konstruktiv elementlərinin möhkəmləndirilməsi və müasir yaşayış standartlarına uyğun təhlükəsiz mühitin yaradılması nəzərdə tutulur.
Hazırlanan layihə həlləri tarixi irsin qorunmasını təmin etməklə yanaşı, binanın funksional şəkildə yenidən istifadəyə qaytarılmasına xidmət edəcəkdir.