Hüseyn Cavid Məqbərəsi
Tarixi-memarlıq abidəsinin əsaslı təmir və qoruma layihəsi
Naxçıvan Muxtar Respublikasında yerləşən Hüseyn Cavid Məqbərəsinin əsaslı təmir layihəsi “BİMD” QSC tərəfindən hazırlanmışdır. Layihə çərçivəsində tarixi-memarlıq abidəsinin mövcud memarlıq xüsusiyyətlərinin qorunması və konstruktiv vəziyyətinin möhkəmləndirilməsi nəzərdə tutulmuşdur.
Nəzərdə tutulan əsas bina fərdi layihə əsasında işlənilmiş, memarlıq həllərində abidənin tarixi və estetik dəyərinin saxlanılmasına xüsusi diqqət yetirilmişdir. Layihənin məqsədi Azərbaycanın görkəmli şair və dramaturqu Hüseyn Cavidin xatirəsini yaşadan bu mühüm memarlıq nümunəsinin gələcək nəsillər üçün qorunub saxlanılmasıdır.