Mədrəsə

Ordubad şəhərində yerləşən tarix-memarlıq abidəsinin bərpası

Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərinin mərkəzində yerləşən və XVIII əsrə aid olan Ordubad Mədrəsəsi Azərbaycanın erkən memarlıq xüsusiyyətlərini qoruyub saxlamış nadir tarixi abidələrindən biridir. Tədqiqatçıların fikrincə, bu bina Azərbaycanda zəmanəmizədək salamat vəziyyətdə gəlib çatmış yeganə klassik mədrəsə nümunəsi hesab olunur.

Əsrlərin sınağından keçərək bu günə qədər qorunub saxlanılan abidə zəngin memarlıq irsi və tarixi əhəmiyyəti ilə seçilir. Zamanın təsirlərinə baxmayaraq öz orijinallığını müəyyən qədər qoruyan mədrəsə artıq yalnız qorunmağa deyil, həm də yenidən həyata qaytarılmağa ehtiyac duyur.

Layihə çərçivəsində abidənin mövcud memarlıq xüsusiyyətlərinin qorunması, konstruktiv elementlərinin möhkəmləndirilməsi və tarixi görünüşünün bərpa olunması nəzərdə tutulur. Hazırlanan bərpa həlləri abidənin memarlıq və mədəni dəyərinin gələcək nəsillər üçün qorunmasına xidmət edəcəkdir.

Mədrəsə
Mədrəsə