Mingəçevir Dövlət Universiteti
Mingəçevir Dövlət Universiteti və Mingəçevir Peşə Məktəbi üçün birgə kampus layihəsi
Mingəçevir Dövlət Universiteti və Mingəçevir Peşə Məktəbi üçün vahid təhsil mühitinin formalaşdırılması məqsədilə birgə kampus üzrə layihə işlərinin adaptasiyası həyata keçirilmişdir.
Layihə çərçivəsində müasir təhsil standartlarına uyğun funksional və inteqrasiya olunmuş kampus mühitinin yaradılması, tədris və ictimai məkanların səmərəli təşkili nəzərdə tutulur.
Hazırlanan memarlıq həlləri tələbələrin nəzəri və praktiki biliklərinin inkişafına, innovativ təhsil mühitinin formalaşdırılmasına və təhsil müəssisələrinin infrastruktur potensialının artırılmasına xidmət edəcəkdir.